"O səs Türkiyə"də "Tut ağacı" oxundu, amma "anonim" - video+foto

"O səs Türkiyə"də "Tut ağacı" oxundu, amma "anonim" - video+foto
13597 dəfə oxunub
  • A-
  • A
  • A+

"O səs Türkiyə"nin bugünkü buraxılışında Azərbaycan mahnısı səsləndirilib.

Axşam.az-ın məlumatına görə, Müğe Genc və Güray Gültay adlı cütlük musiqisi Aygün Səmədzadəyə, sözləri Zakirə Allahverdiyevaya aid olan "Tut ağacı" mahnısını oxuyublar.

Lakin mahnı Azərbaycana aid olan digər - "Tut ağacı boyunca" xalq mahnısı ilə səhv salınıb və sözləri, bəstəsi "anonim" deyə qeyd edilib.

Qeyd edək ki. TV8-də Acun İlıcalının aparıcılığı ilə yayımlanan "O səs Türkiyə" proqramının münsiflər heyətində Murad Boz, Sibel Can, Hadisə, Gökhan və Hakan Özoğuzlar əyləşir.