İrina Şeyk bu dəfə hamiləliyini belə gizlətdi - fotolar

İrina Şeyk bu dəfə hamiləliyini belə gizlətdi - fotolar
10583 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiyalı model İrina Şeyk Nyu-York küçəsində görüntülənib.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, 30 yaşlı model sevgilisi, aktyor Bredli Kuperin 42 yaşı ilə əlaqədar alış-verişə çıxıb. Kameraları görən model bu dəfə də hamiləliyini gizlətməyə çalışıb.

Lakin İrina geyimi və çantası ilə qarnını örtmək istəsə də, lakin buna nail ola bilməyib. Çünki Şeykin qarnındakı böyümə hiss olunub.

Qeyd edək ki, ötən gün modelin aktyorla evliliyi barədə xəbər dərc olunub. Məlumata görə, cari ilin mayında övladını dünyaya gətirəcək İrinanın toyu avqustda olmalıdır.