Aktyor klip çəkilişi zamanı öldü

Aktyor klip çəkilişi zamanı öldü
12628 dəfə oxunub
  • A-
  • A
  • A+

Avstraliyanın "Bliss n Eso" hip-hop qrupunun klip çəkilişləri zamanı bədbəxt hadisə baş verib.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, klipdə iştirak edən 20 yaşlı aktyor güllə yarası alaraq dünyasını dəyişib.
 
Brisben şəhərindəki çəkilişlər zamanı ssenari əsasında aktyora atəş edilib. Lakin onun ağır yaralanması hər kəsi şoka salıb. Aktyorun həyatını xilas etmək mümkün olmayıb.

Hadisənin baş vermə səbəblərini öyrənmək üçün hadisə yerində olan polis Tom Armitt bunu "iş qəzası" adlandırıb. O, rezin və ya boş güllələrin də yaxın məsafədən ağır yara aça biləcəyini istisna etməyib.

Hadisə ilə bağlı araşdırma davam edir.