"Sevgi olmayacaq" - İlqar Muradov

"Sevgi olmayacaq" -  İlqar Muradov
538 dəfə oxunub
  • A-
  • A
  • A+

"Gənc ifaçıların çoxu mənimlə duet oxumaq istəyir. Hamısına deyirəm ki, edək, amma mövzu sevgi olmayacaq".

Axşam.az-ın məlumatına görə, bu sözləri əməkdar artist İlqar Muradov “5/5” verilişində deyib.

Müğənni bildirib ki, sevgidən bəhs edən duetləri bəyənmir:

“Çox duetlərim olub, hamısının da öz yeri var. Amma sevgi mövzusunda oxumuram. Mənimlə duet oxumaq istəyən fikirləşsin, çox dialoqlar var. Müəllim-tələbə dialoqu olsun. Duetdə sevgi mövzusunu mənasız görürəm. O qədər bu tip duetlər var ki… Artıq adiləşib".