Bakıda Novruz festivalı keçiriləcək

Bakıda Novruz festivalı keçiriləcək
533 dəfə oxunub
  • A-
  • A
  • A+
Martın 20-dən 26-dək Bakıda Novruz Festivalı keçiriləcək.
 
Axşam.az xəbər verir ki, festivalı Milli Turizm Təbliğat Bürosu tərəfindən təşkil ediləcək.

Novruz Festivalı çərçivəsində yeddi gün ərzində Azərbaycanın müxtəlif bölgələrindən olan 40-dan çox kollektivin iştirakıyla Sabir bağında konsert proqramı təqdim ediləcək.

Sənətkarlar öz əl işlərini nümayiş etdirəcək, milli mətbəxin nümunələrini dadmaq imkanı yaradılacaq. Həmçinin pəhləvanlar, akrobatlar, sehrbazlar çıxış edəcəklər, Qarabağ atı nümayiş olunacaq.