"Bu, mənim qəti qərarımdır" - Demet

"Bu, mənim qəti qərarımdır" - Demet
3654 dəfə oxunub
  • A-
  • A
  • A+

11 illik əri İbrahim Kutluayla boşanmağa qərar verən model Demet Şener alış-veriş mərkəzlərindən birində görüntülənib.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, uşaqlıq dostları ilə kofe içən Demet daha sonra jurnalistlərin suallarını da cavablandırıb.

O, İbrahimlə boşanmağa qəti qərar verdiyini və bundan sonra barışmaq barədə düşünmədiyini söyləyib:

“Uşaqlarımla xoşbəxtəm. Onlar mənə bəsdir. Başqa heç kimi həyatımda istəmirəm”.
Qeyd edək ki, D.Şener xəyanət və sədaqətsizlik səbəbi ilə məhkəməyə müraciət edib və ərindən ayrılmaq qərarına gəlib.