“İlhamə xanımdan titul istəməmişəm” – Fatimə

“İlhamə xanımdan titul istəməmişəm” –  Fatimə
1281 dəfə oxunub
  • A-
  • A
  • A+
Rəqqasə Fatimə səhnədən gedir.

Axşam.az-ın məlumatına görə, sənətçi bu haqda “Onlar” verilişinə açıqlamasında danışıb:

“Bir vaxtlar deyirdim, Fatimə çox güclüdür. Amma yalan danışırdım. Mən bir ara dəhşətli depressiya yaşadım. Bir neçə ilim qalıb, ondan sonra səhnəni tərk edəcəm. İnsanları bezdirmək istəmirəm. Qoy deməsinlər ki, bezdirmisən, çıx get səhnədən. İnsan yaşlanır, gözündəki parıltı yox olur. Bax həmin parıltı itəndə mən artıq rəqqasıliyi atacam”.

Rəqqasə şou-biznesə yeni qatılmaq istəyənlərin özünü onunla reklam etməyə can atmasından şikayətlənib:

“Səhnə böyükdür və gözəlliyi sevir. İstedadı olanın buraya gəlməyə ixtiyarı var. İndi kim tanınmaq istəyir, o saat Fatimə yadına düşür. Mən də onlara əlimdən gələn köməyi etməyə hazıram. Demirəm ki, sponsorluq edəcəm, pul tökəcəm. Sadəcə dəstək olacam”.

Fatimə son vaxtlar şou-biznesdə dəb halını alan titullardan danışıb:
 
“Heç kim məndən inciməsin, amma titulları qəbul etmirəm. "Göyçək Fatimə" adını də mən özümə vermədim. Titul istəmək ayıbdır. İlhamə xanımdam titul istəməmişəm, onun gözəlliyi bizə bəsdir”.