“Gözəllik kraliçası” yenidən nümayiş olundu - fotolar

“Gözəllik kraliçası” yenidən nümayiş olundu -  fotolar
848 dəfə oxunub
  • A-
  • A
  • A+
Ötən istirahət günü Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Lineynin gözəllik kraliçası” tamaşası növbəti dəfə nümayiş etdirilib.

Axşam.az-ın məlumatına görə, bu, dramaturq Martin MakDonaxın “Lineynin trilogiyası”na daxil olan 3 əsərindən biridir. 

Tamaşanın quruluşçu rejissoru Böyük Britaniyalı rejissor Yan Vilyem Van Den Boş, quruluşçu rəssamı Liza Kuk (Böyük Britaniya), işıq üzrə rəssamı Maykl Manyondur (Böyük Britaniya).
 
Tamaşada əsas obrazları əməkdar artistlər Şəfəq Əliyeva, Elşən Rüstəmov, aktyorlar Zülfiyyə Alhüseynova, Eşqin Quliyev ifa ediblər.