İslam Oyunlarının bağlanış mərasimi başladı - canlı yayım

İslam Oyunlarının bağlanış mərasimi başladı - canlı yayım
1962 dəfə oxunub
  • A-
  • A
  • A+

IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi başlayıb.

Axşam.az-ın məlumatına görə, mərasimdə Azərbaycan bayrağı Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyasının səkkiz hərbçisi tərəfindən gətirilib.

Bu zaman dövlət himni səsləndirilib. Stadionun damından Azərbaycan bayrağının rənglərini təcəssüm etdirən atəşfəşanlıq başlayıb.

Olimpiya stadionunda başlayan mərasimində daha sonra "Eurovision 2017"də Azərbaycanı təmsil edən Diana Hacıyeva (Dihaj) səhnə alıb.

Tədbirdə eyni zamanda Azərbaycanın tanınmış 6 ifaçısı – Səmra Rəhimli, Nigar Camal, Miri Yusif, Səbinə Babayeva, Eldar və Tünzalə Ağayevanın da çıxışı gözlənilir.

Qeyd edək ki, Bakıda keçirilən İslam Həmrəyliyi Oyunlarında 54 ölkəni təmsil edən 3 mindən çox idmançı 269 dəst medal uğrunda mübarizə aparıb.

Azərbaycan siyahıda ilk pilləni tutub.