63 yaşlı qadın səhvən məşhurlaşdı - fotolar

63 yaşlı qadın səhvən məşhurlaşdı - fotolar
10381 dəfə oxunub
  • A-
  • A
  • A+
63 yaşlı professor Lin Slater Nyu-York moda həftəsi çərçivəsində jurnalistlərin səhvən onu “dəb ikonu” hesab etmələri nəticəsində artıq dünya ulduzuna çevrilib.

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, nümayişə izləyici kimi qatılan professoru keçmiş model hesab ediblər. Bu hadisədən bir müddət sonra Slater İnstaqramda “Accidental icon” adlı səhifə açır.

Şəkillərini burada paylaşan Lin həqiqətən əsl moda ikonuna çevrilir. Belə ki, artıq onun “Mango”, “Uniglo” kimi məşhur brendlərlə əməkdaşlıq edir.