Türkan Şorayın qızı ögey bacısı ilə bu serialda bir araya gəldi - foto+video

Türkan Şorayın qızı ögey bacısı ilə bu serialda bir araya gəldi - foto+video
6876 dəfə oxunub
  • A-
  • A
  • A+
Dünən gecə Yağmur Ünal və ögey bacısı İrmak Ünal jurnalistlərlə qarşılaşıblar.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, bu yay tətil etməyəcəklərini deyən bacılar yaxın zamanda "Dolunay" adlı serialla ekranda olacaqlarını bildiriblər.

İ.Ünalın qonaq aktrisa kimi iştirak edəcəyi layihəyə görə bacılar sadəcə ara günlər istirahət edə biləcəklərini vurğulayıblar.

Qeyd edək ki, “Star”da yayımlanacaq serialın rejissoru Çağrı Bayrakdır. “Dolunay”ın baş rollarında Özge Gürel və Can Yaman çəkilib. Yağmur layihənin prodüseridir, İrmak isə özünü aktrisa kimi sınayacaq.

Xatırladaq ki, Y.Ünal aktrisa Türkan Şorayın Cihan Ünaldan olan qızıdır. İrmak isə Cihanın digər evliliyindən dünyaya gəlib.