Bu gün Hollivudda milyonlarca dollar pul qazanan bir çox məşhurlar keçmişdə evsiz və işsiz olublar.Axşam.az xarici KİV-ə istinadən həmin dünya ulduzlarını sizə təqdim edir:
“Ceyms Bond”u canlandıraraq unudulmaz aktyora çevrilən
Daniel Kraiq bir vaxtlar Londondakı parklarda yatırmış. Aktyorluq etmək istəyən ancaq iş tapa bilməyən Kraiq bəzi vaxtlar özünü dolandırmaq üçün qarson kimi də çalışıb.
18 yaşındaykən rəqqas olmağı arzulayan
Cennifer Lopez universitetə getməsini istəyən anasının sözünü dinləməyib evdən qaçıb. O, rəqs studiyalarından birində divanda gecələyirmiş. Ötən il 28.5 milyon dollar qazanan Lopez həmin günlər üçün "Bəli evsiz qaldım, amma anama bunu etmək lazım olduğunu göstərmiş oldum" deyir.
Məşhur “Təhlükəsiz sahil” serialında “Lani McKenzie” obrazı ilə özünü dünyaya tanıdan aktrisa
Karmen Elektra bu rolunu almadan əvvəl çətin zamanlar keçirib. O, bir neçə il Los-Ancelesdə sığınacaqlarda yaşayırmış.
Təhsil aldığı kollecdən çıxarılan aktyor
Cim Kerri o illərdə ailəsiylə birlikdə köhnə bir “Volkswagen" mikroavtobusda yaşayırmış. Kanadanın fərqli bölgələrinə park etdikləri mikroavtobusda həyatlarını davam etdirən Cim daha sonra ən böyük bacısının evinin bağçasındakı bir çadıra daşınıb.
Pulu tamamilə bitməsinə baxmayaraq xəyalindəki rola çatmaq üçün aktrisa
Holl Berri Nyu-Yorkda qalmağa davam edir. Bu vaxt o, uzun müddət sığınacaqlarda evsizlərlə birlikdə yaşayır.
Aktyor
Silvestr Stalloni həbsxanadan azad olduqdan sonra təxminən 3 həftə Nyu-Yorkda bir avtobus dayanacağında yaşayıb. Öz ayaqları üzərində durana qədər porno film aktyorluğu da daxil olmaqla, bir çox fərqli işlərlə məşğul olub.