Dalkılıçla Mervenin ayrılmasının əsl səbəbi ortaya çıxdı

Dalkılıçla Mervenin ayrılmasının əsl səbəbi ortaya çıxdı
15003 dəfə oxunub
  • A-
  • A
  • A+
Murad Dalkılıçla Merve Boluğur cütlüyünün ayrılma səbəbləri ortaya çıxıb.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, Dalkılıç iki il davam edən evliliklərinin bitmə xəbərini sosial şəbəkədəki paylaşımı ilə təsdiqləmişdi.

Ayrılığa səbəb olan hadisə Çeşmədə yaşanıb. Murad və Mervenin aralarının soyuq olduğu mediada tez-tez yer alırdı. Onların tez-tez dalaşdığı, ayrı gəzdikləri gündəmdən düşmürdü.

Çeşmə gəzintisi zamanı cütlük dava edib. Murad tək küçəyə çıxıb. Elə hər şey də bundan sonra baş verib. Eser Yenenler Muradı sakitləşmək üçün Çeşmədəki evinə dəvət edib. Eser evə qız dostlarını da çağırıb. Muradın sarışın bir xanımla eyni masada oturmasını jurnalistlər lentə alıb. Amma nədənsə şəkil heç yerdə yayılmayıb. Hadisədən xəbər tutan Merve Dalkılıçla dava edib. 

Bundan əvvəl Eser Murad Bozu da evinə çağırmış, qızlarla eyni masada əyləşdirmişdi. Bu hadisədən sonra Bozla sevgilisi Aslı Enver ayrılmışdı.