Elza Sabir Rüstəmxanlı və Baba Vəziroğlunu məhkəmə ilə hədələdi

Elza Sabir Rüstəmxanlı və Baba Vəziroğlunu məhkəmə ilə hədələdi
2665 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Elza Seyidcahan xalq şairi Sabir Rüstəmxanlını və  Baba Vəziroğlunu məhkəmə ilə hədələyib.

Axşam.az-ın məlumatına görə, “Show time” verilişinə qonaq olan müğənni bildirib ki, həmin şairlərin onu tənqid etməsinə əsəbiləşib:

“Böyük şairlərimiz “Tikim sizin ağzınızı” şeirinin dərinliyinə varmadılar. Çəkinmədən onların adlarını açıqlayacam: Sabir Rüstəmxanlı ilə Baba Vəziroğlu. Onların adını niyə çəkirəm? Çünki onların mənə qarşı etirazlarını gördüm. Mən bu şeiri yaratmışam, oturmuşam evimdə. Görürəm ki, mənə söz göndərirlər ki, Elza bunu düz etmir. Mənim ixtiyarım var ki, onları məhkəməyə verim. Amma etmirəm... Mənim yaradıcılığımda qüsur yoxdur. Əslində yaradıcılıq odur ki, küt beyinləri açır. Yoxsa o qədər toz basmış kitablar var ki... Deyirlər ki, mənim şeirim söz yığınıdır. Əgər söz yığınığıdırsa, sizi niyə bu qədər düşündürür?  Eybi yoxdur, siz mənim şeirimə gülə bilərsiz. Gülənlərə demək istəyirəm ki, mən sizi döyə-döyə yox, sevə-sevə tərbiyə edirəm".