Eks sevgilisi aktyordan 1 milyon tələb edir - fotolar

Eks sevgilisi aktyordan 1 milyon tələb edir - fotolar
1346 dəfə oxunub
  • A-
  • A
  • A+
Model Elsi Hyut eks sevgilisi, aktyor Rayan Filip barəsində iddia qaldırıb.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, Elsi Rayanı onu döyməkdə günahlandırır.

Bunun müqabilində aktyordan 1 milyon tələb edən 21 yaşlı modelin əlində sübutlar da var.

Belə ki, iyul ayında baş verən hadisə zamanı Hyut dərhal polis çağırıb və onun bədənindəki göyərmə izləri lentə alınıb.

Elsi iddia edir ki, onunla Filip arasında əvvəlcə mübahisə yaranıb. Daha sonra aktyor modeli divara çırpıb, yerə yıxıb və təpikləyib.

Qeyd edək ki, 43 yaşlı Rayan aktrisa Riz Uizerspun ilə ailəli olub. Onların iki övladı var. Elsidən öncə isə Filip 26 yaşlı model Polin Sledcerlə nişanlı idi.