"O da bizim övladımızdır" - Selami Şahin

"O da bizim övladımızdır" - Selami Şahin
3569 dəfə oxunub
  • A-
  • A
  • A+
Keçmiş sevgilisi Lider Şahinin atası Selami Şahin reanimasiyada olan müğənni İrem Dericiyə şəfa diləyib.

Axşam.az Türkiyə mediasına istinadən xəbər verir ki, gecə klublarının birində çıxış edən Selami münasibətlərinin pis olduğu deyilən İrem haqda bunları söyləyib:
 
“Mənim heç kimə qarşı kinim yoxdur. O da bizim övladımızdır. Allah ailəsinə bağışlasın. Yaxşılaşıb tezliklə səhnələrə qayıtsın”.

Qeyd edək ki, həddindən artıq arıqlaması səbəbindən halı pisləşən İrem 16 gündür, xəstəxanadadır.