Yaxın 2 gün ərzində hava necə dəyişəcək?

Yaxın 2 gün ərzində hava necə dəyişəcək?
2585 dəfə oxunub
  • A-
  • A
  • A+
“Növbəti iki gün ərzində Azərbaycanda sabit hava şəraiti davam edəcək”.

Axşam.az-ın məlumatına görə, bunu “Report”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova deyib.
 
O bildirib ki, oktyabr ayının 20-21-də ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçəcək:
 
“Cənub şərq küləyinin üstünlüyü müşahidə olunacaq. Havanın temperaturu bugünlərlə müqayisədə tədricən yüksələcək. Bakıda havanın temperaturunun 23 dərəcəyədək artacağı gözlənilir”.