"Kənan ruhuma elə toxunub ki..." - Sinem Kobal

"Kənan ruhuma elə toxunub ki..." - Sinem Kobal
5252 dəfə oxunub
  • A-
  • A
  • A+
Aktyor Kənan İmirzalıoğlunun həyat yoldaşı, aktrisa Sinem Kobal dərgilərdən birinə maraqlı açıqlamalar verib.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, evlilik həyatından danışan Sinem Kənanla çox xoşbəxt olduğunu bildirib:

“Bunu sözlə başa salmaq olmur. Kənan ruhuma və qəlbimə elə toxunub ki... Ortaq cəhətlərimiz çoxdur. O, hər səhər klassik musiqi dinləyərək günə başlayır. Mən də musiqini çox sevirəm, həm də onun zövqü gözəldir”.

Sinem “Nə zaman valideyn olmağı düşünürsünüz” sualına “Vaxtı gələndə” cavabını verib.

Kobal həmkar olduğu əri ilə qazandığı pulları bərabər xərclədiklərini bildirib.