Rafael əməliyyatından danışdı: "10 dəqiqəlik idi"

Rafael əməliyyatından danışdı:  "10 dəqiqəlik idi"
8071 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, əməkdar artist Rafael İsgəndərov bu gün əməliyyat olunub.

Axşam.az-ın məlumatına görə, aktyorun oğlu Fuad İsgəndərov atasının vəziyyəti haqda xəbər verib. O, R.İsgəndərovun videosunu paylaşaraq, onun açıqlamasını yayıb:

“Hər şey yaxşıdır, şükür Allaha ki, ayaq üstdəyəm. 10 dəqiqəlik endoskopik əməliyyat idi. Narahat olmayın, diqqət göstərən hər kəsə təşəkkürlər” deyə, Rafael videoda söyləyib.

"Bu şəhərdə"nin aktyoru əməliyyatının səbəbini açıqlamayıb.