Ayaqları ilə rəsm çəkən Samirənin sərgisi oldu - foto

Ayaqları ilə rəsm çəkən Samirənin sərgisi oldu - foto
2310 dəfə oxunub
  • A-
  • A
  • A+
Azərbaycan Fransız İnstitutunda ayaqları ilə rəsm çəkən rəssam-sənətkar Samirə Salmanovanın şəxsi əsər kolleksiyasının açılışı baş tutub.

Axşam.az-ın "Report"a istinadən verdiyi xəbərə görə, açılış mərasimində Fransanın Azərbaycandakı səfiri Aureliya Buşe iştirak edib.

Qeyd edək ki, Samirə Salmanova “uşaq-serebral iflic” diaqnozu ilə doğulub. O yerimir, ayaq üstə dura bilmir, əlinə heç bir əşya götürə bilmir, eşitməsi yaxşı olsa da, danışa bilmir. Bütün bu çatışmazlıqlara baxmayaraq, Samirədə İlahi tərəfindən verilmiş fitri istedad var. Belə ki, Samirə yeganə ümidi olan ayaq barmaqları ilə olduqca gözəl rəsm əsərləri yaradır. Samirənin heç bir dərs almamasına baxmayaraq, o, ayaq barmaqları ilə yazı yazır, şəkil çəkir, kompüterlə sərbəst işləyir, hətta diyircəkli kresloda oturduğu yerdə ayaq barmaqları ilə xırda ev işlərini də yerinə yetirir.

2002-ci ildə Moskvada keçirilən Beynəlxaq “Filantrop fondu”nun sərgisində böyük nailiyyətə imza atmışdır. Samirənin ayağı ilə çəkdiyi ən qiymətli əsərləri Moskvanın Tretyakovski Qalereyasında nümayiş etdirilərək oranın fonduna qəbul edilib. Aktiv həyat tərzi keçirən Samirə müxtəlif ictimai təşkilatların üzvüdür.