Məşhur futbolçu eyni vaxtda 2 qadınla evlənir - Fotolar

Məşhur futbolçu eyni vaxtda 2 qadınla evlənir - Fotolar
3305 dəfə oxunub
  • A-
  • A
  • A+

Braziliyalı əfsanə Ronaldinyo ilə bağlı gündəmə damğa vurulacaq bir iddia ortaya atılıb.

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, futbolçu eyni vaxtda 2 qadınla birdən evlənmək fikrindədir.

Məlumata əsasən, toy hazırlıqları artıq başlayıb və Ronaldinyo avqust ayında Prissilla Koelho və Beatriz Souza ilə nikah masasına oturacaq.

O da qeyd olunur ki, futbolçunun bacısı Deise qardaşının bu hərəkətinə qarşıdır və o, toyda iştirak etməyəcək.

Qeyd edək ki, idmançı Beatriz ile 2016-cı ildən, Prissilla ilə isə daha öncədən tanışdır. Bildirilir ki, Ronaldinyo sonuncu dəfə hər iki sevgilisi ilə səyahətə çıxmış və hər ikisinə eyni parfüm hədiyyə etmişdi.