Yalnız 1 aktyorun çəkildiyi dünyanın ən yaxşı 5 filmi

Yalnız 1 aktyorun çəkildiyi dünyanın ən yaxşı 5 filmi
1592 dəfə oxunub
  • A-
  • A
  • A+

Bir film çəkmək heç də asan deyil. Çəkiliş məkanında ssenarinin yaxşı olması, aktyorların görüntüsü və keyfiyyət önəmlidir. Bəs görəsən, bir filmdə bütün obrazı tək bir aktyorun canlandırması necə olur?

Axşam.az xarici KİV-ə istinadən cəmi 1 aktyorla çəkilən filmlərin siyahısını təqdim edir:

"Yeni həyat"

Kimsəsiz bir adaya düşsəniz, yanınızda götürəcəyiniz 3 şeyin cavabı ilə birlikdə, böyük bir həyat dərsi verən bu filmi Tom Hanks tək başına oynayır. Çox maraqlı ssenarisi olan filmi izləməkdən zövq alacaqsınız. Tom Hanks qədər ekran işində ikinci möhtəşəm aktyor voleybol topu Uilsondur.



"Pinin həyatı"

Bu filmdə Pinin həyatını izləyib, təsirlənməyən insan olmayıb. Film 11 "Oscar" mükafatı alıb. Yalnız bir aktyorun rol aldığı filmdə Pi Patel adlı obrazın keçirdiyi gəmi qəzası nəticəsində baş verənlər yer alıb. Bir şir, bir zebra və bir çöl pişiyi ilə tək qalan Pi həyatla mübarizə aparır. Dünyanın ən təsirli filmi olan "Pinin həyatı" böyük bir yaradıcı heyətin əlindən çıxmış kimidir.



"127 saat"

Gerçək bir hekayədən təsirlənərək lentə alınan filmdə dağcı Aron Ralstonun yaşadıqları yer alıb. Dağcı Aronun Utah yaxınlığındakı bir qayaya qalxması və orada ilişib qalması, 127 saat yaşadıqlarının əks olunduğu film tək aktyorla da maraq doğurmağın mümkünlüyünü sübut edib.

"Ay"

Üç il ərzində aya getmək üçün yola çıxan bir səma gəmisində tapılan astroloqun hekayəsi yer alıb. Film maraqlı məqamları ilə tamaşaçını heyrətləndirməyi bacarır. Onun özünəməxsus tərzdə həyat qurması və bu həyat tərzinin onu necə dəyişdiyinin şahidi olacaqsınız.

"Sona doğru"

Robert Redfordun ən yaxşı filmlərindən biri olaraq kino tarixinə yazılan ekran işinə baxanda sanki böyük bir heyətin yer aldığını düşünərsiniz. hind okeanında fırtına zamanı qırıq bir qayıqla qalan aktyorun mübarizəsinin hər anını həyəcanla izləyəcəksiniz. Dünyanın macərası bol olan ən yaxşı filmlərindən biri olduğuna əmin ola bilərsiniz.