"Atamın evlənməyini mediadan oxudum"

"Atamın evlənməyini mediadan oxudum"
581 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti Emin Ağalarov atası, iş adamı Araz Ağalarovun ikinci dəfə evlənməsi haqda sualları cavablandırıb.

Axşam.az xəbər verir ki, bu haqda müğənni Svetlana Bondarçukun qonağı olarkən danışıb. O bildirib ki, atasının ikinci evliliyi haqda mediada oxuduğunu etiraf edib:

"Atamın evlənməyindən xəbərim yoxdu. Toyda olmamışam. Yazdılar, oxudum. Bu, şəxsi həyatdır. Ona görə də heç vaxt soruşmadım. İki çox balaca qardaşım var".

Qeyd edək ki, rus mediası 70 yaşlı biznesmen 27 yaşlı Alyona İvanova ilə evləndiyini yazmışdı. Onların hətta iki övladının doğulduğu bildirilmişdi.