Araz Ağalarov həyat yoldaşından boşanıb, 27 yaşlı xanımla evlənib

Araz Ağalarov həyat yoldaşından boşanıb, 27 yaşlı xanımla evlənib
4737 dəfə oxunub
  • A-
  • A
  • A+

“Crocus Group” şirkətinin təsisçisi, azərbaycanlı iş adamı Araz Ağalarov həyat yoldaşı İrina Ağalarovadan ayrılıb.

Axşam.az xəbər verir ki, bu haqda rus mediası məlumat yayıb. Bildirilib ki, Ağalarov uzun müddətdir xanımı ilə boşanıb.

İş adamı hətta ikinci dəfə ailə qurub. 70 yaşlı biznesmen 27 yaşlı Alyona İvanova ilə evlənib.

Bildirilib ki, Alyona artıq sosial şəbəkələrdə və sənədlərdə soyadını Ağalarova olaraq dəyişib. Aralarında 43 il yaş fərqi olan cütlüyün artıq övladının dünyaya gəldiyi də qeyd olunub.

Qeyd edək ki, Araz Ağalarov və İrina 40 ildən artıq evli olub. Onların bu nikahdan Emin və Şeyla adlı övladları var.