İntizar yayılan yataq görüntülərindən danışdı

İntizar yayılan yataq görüntülərindən danışdı
14364 dəfə oxunub
  • A-
  • A
  • A+
Xəbər verdiyimiz kimi, türkiyəli müğənni Mustafa Cecelinin həyat yoldaşı Sinem Gedik və müğənni İntizarın səmimi videosu yayılıb.

Axşam.az xarici KİV-ə istinadən məlumat verir ki, İntizar yayılan görüntülər haqda açıqlama verib:

“İnsanların bədənlərinə, ruhlarına dil uzatmaq əxlaqsızlıq, namussuzluq və ədəbsizlikdir. Onlar artıq 2 ilə yaxındır boşanıb. Boşandıqdan sonra istədiyi yerlərə gedə bilmirdi. İndi bu mövzular vasitəsilə özünə haqq qazandırmağa çalışır. Mənim etibarımı bu formada alçalda bilməz. Böyük günah edir. Evinin içinə kamera qoyur. Buna görə də Sinem Mustafanı məhkəməyə verdi. Həmişə Sinemə dəstək oldum. Çünki çox pis olmuşdu. Mustafa övladının anasını belə çətin vəziyyətə salır. Mən ədəbsiz, əxlaqsız biri deyiləm. Haqsız olsam susaram. Tanıyanlar da bilir. Heç kimə pislik etməmişəm. Arxamda məni qoruyacaq güclər də yoxdur. Xahiş edirəm ki, insanlar məni qorusun”.

Qeyd edək ki, video sosial şəbəkələrdə də yayılıb. Bir çoxları onları qınayıb. Bəziləri isə bunun dostca bir qucaqlaşma olduğunu yazıb.