Xəbər veridiyimiz kimi, müğənni Rəqsanə İsmayılovanın yeni doğulan qızı Mehrimahın halı pisləşib.

Axşam.az-ın məlumatına görə, sənətçi xəstəxanadan görüntü paylaşaraq, övladı üçün izləyicilərindən dua istəyib.

O bildirib ki, ümidi bircə Allahadır:

"Bu böyüklükdə dəhliz mənə dar gəlir. Böyük adamın dili var, danışır, dərdini deyir. Amma bu dilsiz-ağızsız körpələr deyə bilmir. Tanrım özü kömək olsun. Həyatımda o qədər çətinliklərdən keçmişəm, yıxılmışam, qalxmışam. Çox sınayıb məni həyat. Yenə də ayaqda durmağa güc tapmışam. Sınmamışam. Daha da möhkəmlənmişəm. Amma bu necə çətin sınaqdır. Taqətim yoxdu, dözə bilmirəm, bacarmıram. Güclü qadından əsər-əlamət yoxdur. Ana üçün o qədər çətindir. Ümidir Allahadır. Bircə dua, səbr...".

Xatırladaq ki, Rəqsanə ilk dəfə "Hər şey daxil" verilişinə zəng edərkən qızının vəziyyəti haqda məlumat verib. O bildirib ki, oğlu xəstəxanada qalıb, qızını isə evə gətirib:

"Gecə saat 3-də qızın halı pisləşdi, yenidən xəstəxanaya apardıq. İndi də xəstəxanadayam. Uşaqlar vaxtından əvvəl dünyaya gəlib və çəkiləri normal deyil. Oğlan 1 kq 300 q, qız isə 1 kq 450 qramdır. Bu səbəbdən uşaqlar tam olaraq özlərinə gələ bilmirlər. Oğlan aparata qoşulub, qız isə normal idi, halı pisləşdi”.

Qeyd edək ki, əkiz uşaqlara hamilə olan Rəqsanə övladlarını 7 ayı tamam olmamış dünyaya gətirib. Onun övladları şüşə altında saxlanılırdı. İfaçı oğluna Muhammed adını qoyub.

Rəqsanənin əkizləri ikinci nikahından doğulub. İfaçı əri Fazil bəylə birlikdə Rusiyada yaşayır. Sənətçinin Aysu və Yağmur adlı iki övladı da var.



                 

Digər Xəbərlər