De Niro 21 illik arvadından boşanır

De Niro 21 illik arvadından boşanır
659 dəfə oxunub
  • A-
  • A
  • A+

75 yaşlı Robert De Niro 63 yaşlı arvadı Qreys Haytauerdən boşanır.

Axşam.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, cütlük artıq ayrı evlərdə qalır. Onlar yaxın günlərdə rəsmi olaraq ayrılıq xəbərlərini açıqlamağı planlaşdırır.

Qeyd edək ki, De Niro və Qreys 1987-ci ildə tanış olub. On ildən sonra isə nikah masasına oturublar. Bu nikahdan cütlüyün iki övladı var. Bu, cütlüyün ilk ayrılığı deyil. Onlar 1999-cu ildə də ayrılma qərarı vermiş, amma sonra barışmışdılar.