Sellüliti yandırmağın tək sirrini peşəkardan öyrənin

Sellüliti yandırmağın tək sirrini peşəkardan öyrənin
1546 dəfə oxunub
  • A-
  • A
  • A+

Xanımların bədən gözəlliyində ən çox problem yaşadığı amil heç şübhəsiz sellülitdir. Sellülit dəri altında bir bölgədə çox miqdarda və düzənsiz yığılan yağ təbəqəsidir. Daha çox ayağın arxa nahiyəsində, yan hissədə, qollarda yaranır.

"Jeyhun Valiyev professional fitness club"un rəhbəri Ceyhun Vəliyev Axşam.az-a açıqlamasında xanımlara sessülitdən xilas olmaq üçün məsləhətlər verib:

"Genetik olan bu problemi xanımların əksəriyyəti masaj ve kosmetik vasitələrlələ, əksəriyyəti isə idmanla həll etməyə çalışır.

İlk növbədə vurğulayım ki, sellülitin müalicəsi yoxdur. Ona görə buna problem yox, xəstəlik desək daha düzgün olar. Hər nə qədər genetik olduğunu desək də, düzgün qidalanmama, spirtli içkilərdən çox istifadə, düzgün olmayan yuxu sellülit yaranmasına vasitəçi olan amillərdəndir.

Məsləhətim isə xanımlara bahalı kosmetik vasitələrə çox pul xərcləmədən idman zallarına getməsidir. Praktikamda da görürəm ki, kosmetik prosedurlar edib zala gələn xanımlar onun müvəqqəti olduğunu bildirib və ya sonradan əvvəlki halına qayıtdığını deyiblər.

Yuxarıda vurğuladıq ki, sellülit bir yağ təbəqəsidir. İdmanı da biz yağları yandırmaq üçün ediriksə, deməli, yağ yandıqca bu piy təbəqəsi də azalmağa başlayır.

Çünki bölgəsəl yağ yanma yoxdur, yağ yandıqca bütün orqanizmdən azalmağa başlayır. Deməli, sellülit olan hissələrdə mütləqdir ki, azalma olacaq.

Kosmetoloji prosedurlarda isə yağ yanma prosesi baş vermir. Sellülit yaranan hissəyə edilən prosedur ona görə müvəqqəti xarakter daşıyır".

Ünvan: Mirəli Qaşqay 28 (ABŞ səfirliyinin yanı)

Tel.:  (012) 440 91 99

Mob.: (055) 440 91 99

www.jvfitness.az