“Qızımdan kənar gəz!”

“Qızımdan kənar gəz!”
2140 dəfə oxunub
  • A-
  • A
  • A+
 “Yeşilçam”ın əfsanəvi siması Hülya Koçiyitin 20 yaşlı nəvəsi Aslışah Alkoçlar valideynləri tərəfindən təcili olaraq Londona göndərilib.
 
Axşam.az-ın “Hürriyet”ə istinadən məlumatına görə, prodüser Əsəd Yontunçla eşq yaşayan Aslışahın atası bu münasibətə qarşıdır. O, Ə.Yontuça “Qızımdan kənar gəz!” deyə xəbərdarlıq edib.

Əsədin daha əvvəlki sevgi macəralarından xəbərdar olan Alkoçlar ailəsi Londonda təhsil alan Aslışahı Türkiyədən uzaqlaşdırmaq üçün onu bir ay erkən həmin ölkəyə yola salıblar.

Lakin bu qərar cütlüyün görüşməsinə maneə olmayıb. 45 yaşlı Yontunç gənc sevgilisinin ardınca İngiltərəyə yola düşüb. Londonda görüşən cütlük Sloan meydanında əl-ələ gəzərkən görülüb.

Qeyd edək ki, Ə.Yontunç “Acun Medya” şirkətində baş koordinatordur.

Xatırladaq ki, A.Alkoçların böyük bacısı Neslişah bu yaxınlarda aktyor Engin Altan Düzyatanla ailə qurub.