Prezident restoranda hesabı ödəyə bilməyib

Prezident restoranda hesabı ödəyə bilməyib
1826 dəfə oxunub
  • A-
  • A
  • A+

ABŞ prezidenti Barak Obama bildirib ki, restoranda bank kartı ilə hesabı ödəyə bilməyib.

Musavat.com-un xəbərinə görə, bu barədə məlumatı NBC yayıb.

İnsident ötən ay BMT Baş Assambleyası dövründə Nyu-Yorkda baş verib.

“Mən ofisianta izah eləməyə çalışdım ki, kartım keçərlidir. Yəqin ki, kart bloka salınıb. Çünki, çoxdandır ondan istifadə etmirdim. Bank isə hesab edib ki, mənim hesabımdan dələduzluq üçün istifadə olunur və imtina edib”, - Barak Obama deyib.

ABŞ prezidenti bildirib ki, xoşbəxtlikdən, Mişel Obama hesabı ödəyə bilib. Onda işlək kart var imiş.