Meyxanaçı Vüqar Ulviranın verilişini yarımçıq tərk etdi - video

Meyxanaçı Vüqar Ulviranın verilişini yarımçıq tərk etdi - video
6927 dəfə oxunub
  • A-
  • A
  • A+

ANS telekanalında yayımlanan “Evdəyik” verilişində bu gün qonaq olan meyxanaçı Vüqar Əldülov proqramı yarımçıq tərk edib.

Axşam.az-ın lent.az-a istinadən məlumatına görə, sənətşünas Hatəm Əsgərovla meyxanaçı arasında gərgin anlar yaşanıb.

Vüqar  "Məni üzrlü hesab edin" deyərək studiyadan çıxıb.

Verilişin aparıcısı Ulvira Qarayeva meyxanaçının proqram zamanı hörmətsizlik etdiyini deyib:

“Verilişin əvvəlindən Vüqar başladı ki, bu nə verilişdi edirsiniz? Bu nədi belə? Bayaqdan telefon əlində, oturub efirdə, kiminləsə yazışır. Ayıbdır axı. Görünür ki, Vüqar bu qədər tənqid atəşinə dözmədi. Meyxanaçı kimi hörmətim var, amma gərək insan öz sözünü deməyi də bacara”.

Qeyd edək ki, video “A24.az”a məxsusdur.