"Şou-biznesdəkilərlə dostluq etmirəm"

"Şou-biznesdəkilərlə dostluq etmirəm"
2539 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Lətifə Soyuöz şou-biznesdə heç bir həmkarı ilə dostluq etmir.

Axşam.az-ın məlumatına görə, “Şirin çay” verilişinə qonaq olan ifaçı bu yolla özünü qalmaqallardan uzaq tutduğunu bildirb:

“Şou-biznesin qalmaqalları heç vaxt məni vurmayıb. Çünki bu aləmdə heç kimlə münasibət qurmuram, dostluq etmirəm. Konsertə, tədbirə gedəndə də, mahnımı oxuyub, qayıdıram. Bir-iki dostum var, bəsimdir. Mənə bu cür sakitlik rahatdır”.