Adriana Lima üçüncü dəfə ana olmağa hazırlaşır - fotolar

Adriana Lima üçüncü dəfə ana olmağa hazırlaşır - fotolar
5246 dəfə oxunub
  • A-
  • A
  • A+
Braziliyalı super model və “Victoria's Secret” mələyi Adriana Lima üçüncü dəfə ana olmağa hazırlaşır.

Axşam.az-ın məlumatına görə, bu barədə Qərb mətbuatı yazıb. Ötən gün Kann Film Festivalı çərçivəsində keçirilən “amfAR Gala” xeyriyyə tədbirinə qatılan Limanın qarnının şişkinliyi gözdən qaçmayıb. Gecəyə qara libasda yollanan super modelin artıq çəkiləri də diqqət çəkib.

Uşağın atasının Adriananın hər kəsdən gizlətdiyi braziliyalı sevgilisi olduğu iddia edilir.

Qeyd edək ki, Adriana Lima baketbolçu həyat yoldaşı Marko Yariçdən ötən ilin mayında ayrılıb. Cütlüyün Valentina (6 yaş) və Sienna (3 yaş) adlı iki qızı var.