“Hər uşağın ataya ehtiyacı var!” – Ebru Gündeş

“Hər uşağın ataya ehtiyacı var!” – Ebru Gündeş
4331 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Ebru Gündeş Atalar günündə indiyədək “ölüb” dediyi, 4 yaşında onu və anasını tərk etmiş atasına sitəm dolu ismarış göndərib.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, ifaçı illərdir görüşmədiyi atası Rəmzi Gündeşə bunları yazıb:

“Atalar gününüz mübarəkdir. Xahiş edirəm, unutmayın! Uşaqların ata sevgisinə ehtiyacları var. Əgər vaxtında yanlarında olmasınız, bu, onları incidəcək və sizdən çox uzaqlaşacaqlar. Hər uşağın ataya ehtiyacı var!”.

Ebrunun atası haqda yazdığı bu ilk paylaşımı yüzlərlə izləyici tərəfindən bəyənilib. Onlar müğənninin Atalar günü ilə bağlı yazdıqlarına dəstək olublar.