“Selfi kraliçası” millət vəkili ərindən boşanır

“Selfi kraliçası” millət vəkili ərindən boşanır
2230 dəfə oxunub
  • A-
  • A
  • A+
Açıqlamaları və sosial mediada paylaşdığı qalmaqallı fotoları ilə tanınan, “Selfi kraliçası” titulunu daşıyan ingilis Karen Dantsuk millət vəkili həyat yoldaşı Simon Dantsukdan boşanır.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, Fəhlə Partiyasının deputatı olan Simon “Twitter” hesabından ayrılıq səbəbindən pərişan olduğunu və işinə aludə olmağa çalışacağını bildirib.

Sosial şəbəkədə 50 mindən çox izləyicisi olan, 2 uşaq anası Karen sonuncu dəfə 1989-1995-ci illərdə Mançesterdəki evində qardaşı tərəfindən zorlandığını açıqlayaraq gündəmə gəlmişdi. Bu açıqlamadan sonra Karenin qardaşı Maykl həbs olunmuşdu.