“Gülən qadın”ın həyat yoldaşı dünyasını dəyişdi

“Gülən qadın”ın həyat yoldaşı dünyasını dəyişdi
4925 dəfə oxunub
  • A-
  • A
  • A+
“Yeşilçam”ın məşhur aktrisası, “gülən qadın” titulu ilə tanınan aktrisa Adilə Naşitin həyat yoldaşı Camal İncə dünyasını dəyişib.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sidik yollarındakı problemlə əlaqədar xəstəxanaya yerləşdirilən C.İncənin həyatını xilas etmək mümkün olmayıb. Mərhum doğulduğu Balıkesirdə dəfn olunacaq.

Qeyd edək ki, erməniəsilli aktrisa Adilə Naşitlə Camal İncə 1983-cü ildə ailə qurublar. Bu, aktrisanın ikinci evliliyi olub. A.Naşitin özü 1987-ci ildə bağırsaq xərçəngindən dünyasını dəyişib.