Tacir Şahmalıoğlunun qardaşının cəsədi tapılıb

Tacir Şahmalıoğlunun qardaşının cəsədi tapılıb
8449 dəfə oxunub
  • A-
  • A
  • A+

Tanınmış müğənni Tacir Şahmalıoğlunun qardaşının dənizdə batması haqqında xəbər vermişdik.

Axşam.az ölkə.az-a istinadən xəbər verir ki, 36 yaşlı Mahir Allahverdiyevin cəsədi bu gün tapılıb.

Xatırladaq ki, iyulun 31-i Mahir Allahverdiyev və digər 2 nəfər Novxanı çimərliyində skuter ilə dənizə çıxıblar. Məlum olmayan səbəbdən skuter aşıb. Hadisə nəticəsində 36-yaşlı M.Allahverdiyev batıb. Digər iki nəfərdən fərqli olaraq, onun üzərində xilasedici jiletin olmadığı bildirilir.