Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?
2313 dəfə oxunub
  • A-
  • A
  • A+
"Avqustun 5-də Abşeron yarımadasında gündüz saatlarında isti temperatur diskomfortu meteohəssas insanlar üçün əlverişsizdir. Avqustun 6-7-də arabir güclənən xəzri küləyi fonunda havanın temperaturunun iqlim normasına yaxın olacağı gözlənilir ki, bu da meteohəssas insanlar üçün nisbətən əlverişlidir".

Bu barədə Axşam.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova məlumat verib.

O bildirib ki, avqustun 5-də Bakıda və Abşeron yarımadasında hava şəraiti günəşli olacaq, cənub-şərq küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 24-27, gündüz 33-38 dərəcə isti olacaq.

Sabah Azərbaycan rayonlarında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam və gecə bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısa müddətli yağış yağacağı ehtimalı var. Gündüz ayrı-ayrı yerlərdə arabir güclənən şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 21-26, gündüz 34-39, bəzi yerlərdə 42, dağlarda gecə 16-21, gündüz 29-34 dərəcə isti olacaq.