Habil Əliyev komaya düşüb

Habil Əliyev komaya düşüb
2305 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti Habil Əliyevin vəziyyəti yenidən ağırlaşaraq komaya düşüb.

Axşam.az-ın məlumatına görə, bunu Trend-ə açıqlamasında xalq artistinin qızı Vəfa Əliyeva deyib. Onun sözlərinə görə, həkim nəzarətində olan H.Əliyevin vəziyyəti dünən gecədən pisləşib:

"Dünən gecədən atamın vəziyyəti yenidən pisləşdi. Mərkəzi Klinik Xəstəxananın həkimləri atamın ciddi nəzarətə götürüblər. Allahdan ümid kəsilməz. Ümid edirik ki, onun səhhəti yenidən düzələcək".

Qeyd edək ki, ürək çatışmazlığı və ağciyərində yaranan problemlə bağlı bir müddət əvvəl xalq artisti H.Əliyevin səhhəti ağırlaşıb.