Sözünün üstündə durmadı

Sözünün üstündə durmadı
5460 dəfə oxunub
  • A-
  • A
  • A+
“Aşk-ı Memnu” serialında baş rolda çəkilmək təklifini “Qarışıq münasibətlərin yer aldığı seriallarda çəkilmirəm” deyərək rədd edən aktyor Mehmet Aslantuğ sözünün üstündə durmayıb.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor tərəf-müqabilləri Məryəm Üzərli ilə Murad Yıldırım olan “Aşkın kokusu” serialında oğlunun sevgilisinə aşiq olan ata obrazını canlandıracaq. Aslantuğ serialda övladlığa götürdüyü oğlunun sevdiyi qadınla eşq yaşayacaq.

Serial dekabrda “Star”da ekranlara gələcək.

Xatırladaq ki, Mehmet Aslantuğ daha əvvəlki açıqlamasında “Şan, şöhrət və pul mənim üçün ön planda deyil. Qarışıq münasibətlərin olduğu “Aşk-ı Memnu, “Min bir gecə” seriallarında çəkilməyi ona görə rədd etdim” demişdi.