Geyimlərini çətirlə gizlətdilər - Video

Geyimlərini çətirlə gizlətdilər - Video
890 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, ötən gün Nyu-Yorkda illik "Met Gala 2024" keçirilib.

Axşam.az-ın məlumatına görə, gecəyə qatılmaq üçün hoteldən çıxan məşhur müğənnilər Kardi B və Karol Ci libaslarını paparatsilərdən gizlətmək üçün çətirdən istifadə ediblər. 

Kardi B-nin köməkçiləri qara çətirlərlə onu dövrəyə alaraq hoteldən çıxarıblar. Karol Ci isə başına ayaqlarına qədər örtüklə bağlı olan çətir taxıb. Onlar yalnız tədbirdə libaslarını nümayiş etdiriblər.

Qeyd edək ki, bu il tədbirin əsas mövzusu “Yatmış gözəllər: modanın oyanışı" olub.