Sonuncu "Forsaj" bu tarixdə yayımlanacaq

Sonuncu "Forsaj" bu tarixdə yayımlanacaq
649 dəfə oxunub
  • A-
  • A
  • A+

Vin Dizelin final adlandırdığı "Forsaj 11" 2026-cı ildə işıq üzü görəcək.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki. bu barədə rejissor Lui Leterye məlumat verib.

Ekran işinin çəkilişləri gələn ilin əvvəlində başlayacaq və 2026-cı ildə nümayişə çıxacaq. Bu ilk filmin 25 illiyinə təsadüf edəcək.

Qeyd edək ki, "Universal Pictures" şirkəti əvvəlcə "Forsaj 11"i 2025-ci ilin aprelində buraxmağı planlaşdırırdı. Ekran işində baş rolu Vin Dizel canlandıracaq.