Daha bir avtobusun əvvəlki hərəkət xətti bərpa olundu

Daha bir avtobusun əvvəlki hərəkət xətti bərpa olundu
1884 dəfə oxunub
  • A-
  • A
  • A+
Bakı şəhərində sakinlərin xahiş və müraciətləri nəzərə alınaraq, Avropa Oyunları ilə əlaqədar xətti qısaldılmış 165 saylı marşrut avtobusunun əvvəlki hərəkət istiqaməti bərpa olunub.

Axşam.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
 
Bu gündən etibarən 165 saylı marşrut avtobusu Binəqədi ərazisindən Şərifzadə küçəsinə ("Kaktus" restoranının yanı) kimi hərəkət edir.