Bakıda yeni festival başlayır

Bakıda yeni festival başlayır
2373 dəfə oxunub
  • A-
  • A
  • A+
14–21 may 2016 il tarixlərində Azərbaycanda “Amerika günləri” festivalı keçiriləcək.
 
Axşam.az “Report”a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin məlumatında bildirilir. Məlumata görə, festivalın keçirilməsində məqsəd Amerika mədəniyyətinin müxtəlifliyini Azərbaycan vətəndaşlarına nümayiş etdirmək və ölkələr arasındakı qarşılıqlı anlaşmanı genişləndirməkdir.

Festival çərçivəsində canlı musiqi ifaları, Amerika mətbəxi nümunələrinin nümayişi, incəsənət sərgiləri, qrup rəqsləri, film nümayişləri, uşaqlar üçün proqramlar və digər maraqlı tədbirlər nəzərdə tutulub. Bütün tədbirlər ictimaiyyət üçün açıqdır və onlara giriş pulsuzdur.