"Medcezir"in ulduzunu 2 illik həbs gözləyir

"Medcezir"in ulduzunu 2 illik həbs gözləyir
6112 dəfə oxunub
  • A-
  • A
  • A+

İstanbul Narkotik Polisi 2013-cü ilin yanvarında bəzi məşhurların da saxlanıldığı əməliyyatla bağlı yeni məlumatlar yayıb.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, həmin vaxt "narkotik maddə ilə təmin etmək" ittihamıyla saxlanılan 34 nəfərin arasında aktyor Çağatay Ulusoy, aktrisa Gizem  Karaca və müğənni Cenk Eren də var idi. Onlar bir müddət polis idarəsində saxlanılıb ifadələri alındıqdan sonra azadlığa buraxılsalar da, haqlarında araşdırma davam etdirilirdi.

Bu gün isə məlum olub ki, hər üç məşhur 2 ilə qədər həbs cəzası ala bilər.

Qeyd edək ki, əməliyyatlar zamanı "Medcezir" serialında çəkilən Ulusoy ifadəsində heç kimi narkotik maddə ilə təmin etmədiyini vurğulamışdı:

"Bizim sahəmizdə çox adam nəşə çəkir. Həmin vaxtı "Emirin yolu" serialında çəkilirdim. Psixoloji və mənəvi cəhətdən çətin dövr idi. Daha çox çəkməyə başlamışdım. Amma heç kimi təmin etməmişəm".