Bu gün ikinci Qədr gecəsidir

Bu gün ikinci Qədr gecəsidir
2494 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu gecə Azərbaycanda ikinci Qədr (əhya) gecəsidir.

Axşam.az-ın məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsi qeyd edir ki, ikinci Qədr gecəsi Ramazan ayının 20-dən 21-ci gününə keçən gecəyə, yəni bu gecəyə təsadüf edir.

Quranın nazil olması bu günlərdən birinə təsadüf etdiyindən insanlar həmin gecələri dua edib ibadətlə məşğul olurlar. Azərbaycanda ikinci üçüncü Qədr gecəsi iyunun 28-dən 29-na və sonuncu Qədr gecəsi isə iyulun 2-dən 3-nə keçən gecəyə təsadüf edir.

Qeyd edək ki, bayram namazı iyulun 6-da qılınacaq.

Qədr gecəsi ilə əlaqədar tövsiyələr:

1. Gecəyə qədər, Allahdan bu gecənin bərəkətindən istifadə etmək ləyaqətini əldə etmək üçün dua etmək;
2. Qədr gecəsinin keçirilmə keyfiyyətini əvvəlcədən proqramlaşdırmaq;
3. Qədr gecəsində əhya saxlayacağını (oyaq qalacağını) nəzərə alaraq, gecəyədək dincəlməyi unutmamaq;
4. Qədr gecəsi başlananadək, Allah dərgahında səmimi surətdə tövbə edib, qəlbində bütün möminlərin öz üzərində haqqını halal etmək;
5. Əhya niyyətilə qüsl almaq; 2 rükət əhya namazı qılmaq; təvəssül əməlini və Qədr gecəsinə aid müfəssəl kitablarda göstərilmiş digər əməlləri yerinə yetirmək;
6. Allahdan özü üçün və digər müsəlmanlar üçün çox-çox bağışlanmaq istəmək; Quran oxumaq; qəza namazları varsa, onların qılınmasına vaxt ayırmaq; İslam maarifi ilə məşğul olmaq.