Otiliadan azərbaycanlı sevənlərinə müraciət - video

Otiliadan azərbaycanlı sevənlərinə müraciət -  video
3465 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyəli müğənni Murad Dalkılıçın və Otilianın iyulun 29-da baş tutacaq Bakı konsertinə hazırlıqlar davam edir.

Axşam.az-ın məlumatına görə, “Sapfir” sarayda keçiriləcək gecədə ifaçılar qonaqlara maraqlı anlar yaşadacaqlar.
 
Gecənin təşkilatçısı Nahid Emiloğlu bildirib ki, Otilia Bakıya konsertdən iki gün əvvəl gələcək. Buna səbəb isə yunan sənətçinin Azərbaycan mahnısı oxumasıdır:

“Otilia Kamalın “Gəlsən də, gəlməsən də” mahnısını oxuyacaq. Buna görə də Bakıya tez gəlib, studiya işlərini edəcək”. 

Qeyd edək ki, konsertin aparıcılığı Afaq Gəncəliyə həvalə olunacaq.

Konsertə biletlərin qiyməti 200 manatdan 250 manata kimidir. Qiymətə yemək də daxildir.

Ətraflı məlumat üçün (050) 706 40 40 nömrəsi ilə saxlamaq mümkündür.