Hər iki Nurlana... - Fotolar + Video

Hər iki Nurlana... - Fotolar + Video
2459 dəfə oxunub
  • A-
  • A
  • A+

Ötən gün aparıcı Nurlana Cəfərovanın “Hər iki mən” adlı şeirlər kitabının təqdimatı baş tutub.

Axşam.az xəbər verir ki, gecədə Xalq artisti Faiq Sücəddinov, bir sıra aparıcılar, aktyorlar və tanınmış şəxslər iştirak edib.

N.Cəfərova ilk kitabının təqdimatını etdiyi üçün həyəcanlı olduğunu söyləyib. Tədbir zamanı aktyorlar Vüsal Murtuzəliyev, Fariz İlyasov, Sənan Əlləz, aparıcılar Azər Süleymanlı, Vüsalə Səid və başqaları sənətçinin şeirlərini səsləndirib.

Bundan başqa, bəstəkar Bəbir Bəbirli və müğənni Eldar Qasımov N.Cəfərovanın sözlərinə bəstələnən mahnıları ifa edib.