Pərvin və rəfiqələri doğum günü təşkil edib karantini pozdular - Video

Pərvin və rəfiqələri doğum günü təşkil edib karantini pozdular -  Video
7872 dəfə oxunub
  • A-
  • A
  • A+

Bakıda doğum günü mərasimi təşkil olunmaqla ölkədə tətbiq edilən karantin qaydaları pozulub.

Axşam.az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Kadrlardan da göründüyü kimi, məclisdə xeyli sayda insan iştirak edib.

Bu isə bilavasitə Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərinə ziddir.

Qeyd edək ki, doğum günü məclisində tanınmış aktrisa Pərvin Abıyeva da olub. O, görüntülərdə qızlardan birinin qucağına oturaraq rəqs etməyə başlayır.

Xatırladaq ki, xüsusi karantin rejiminin tələbinə görə ölkə üzrə bütün kütləvi tədbirlərin keçirilməsi (toy, yas, doğum günü və s.) qadağandır, eləcə də 10-dan çox insan bir yerə toplaşmamalıdır.