Azərbaycanda güclü zəlzələ oldu - fotolar+yenilənib

Azərbaycanda güclü zəlzələ oldu - fotolar+yenilənib
20307 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi Azərbaycanda baş verən zəlzələ barəsində rəsmi məlumat yayıb.

Axşam.az Xidmətin saytına istinadən xəbər verir ki, ilkin məlumatlara əsasən, zəlzələ yerli vaxtla saat 23:48-də Ağdam ərazisində qeydə alınıb.

Zəlzələ episentrdə 6 bal, yaxın yaşayış məntəqələrində isə 5-3 bala qədər hiss olunub.
Yeraltı təkanlar yerin 25 km dərinliyində 5.7 maqnituda olub.

***

Azərbaycanın bölgələrində baş verən güclü zəlzələ nəticəsində yaşayış evlərinə ziyan dəyib.

Axşam.az-ın "Report"a istinadən məlumatına görə, təqribən 6 maqnitudaya yaxın baş verən yeraltı təkanlar nəticəsində evlərin və hasarların divarlarında çatlar əmələ gəlib, bəzi evlər qəzalı vəziyyətə düşüb.

İnsanlar təşviş içində küçələrə çıxıb. Yeraltı təkanların təqribən 30 saniyə davam etdiyi bildirilir.

Rayon Fövqəladə Hallar Komissiyası tərəfindən araşdırma aparılır.

***

Bərdədə 4,9 bal gücündə zəlzələ baş verib.

Axşam.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Xidmətindən məlumat verilib.

Zəlzələ ocağı 60 km dərinlikdə yerləşib.

Sosial şəbkə istifadəçilərinin yazdığına görə, yeraltı təkan Bərdə ilə yanaşı Gəncə, Şəmkir, Mingəçevir və  Şamaxıda da hiss edilib.